OĞUZ-QIPÇAQ QRUPU TÜRK DİLLƏRİ DİALEKTLƏRİNDƏ AHƏNG QANUNUNUN MİLLİ İDENTİKLİYİ
Keywords:
türk dilləri, dialektlər, inteqrasiya və diferensiasiya, ahəng qanunu, sinharmonizm, fonetik-morfoloji qanunAbstract
Türk dilləri dialektləri özündə dilin inkişafı, tarixi ilə bağlı çox mühüm faktları mühafizə edib saxlayır. Dialektlərin qarşılıqlı inteqrasiyası şəraitində araşdırmaların istiqaməti çoxşaxəlidir və türk dillərində "dəmir qanuna" çevrilmiş fonetik qanun olan ahəng qanunun ümumən türk dilləri kontekstində öyrənilməsi olduqca maraqlı faktlar verir. İltisaqi dil olan türk dillərində ahəng qanunu aparıcı fonetik qanun kimi xüsusi əhəmiyyət kəsb edir. Türk dillərinin ən spesifik xüsusiyyətlərindən biri saitlərin ahəngi (sinharmonizm), həm də türk dillərinin aparıcı fonetik-morfoloji qanunudur. Türkologiyada "ahəngi qanunu" termini kimi daha çox saitlər ahəngindən d anışılsa da, türk dillərində fonetik qanun olan ahəng qanunu kimi saitlər ahəngi, saitlərlə samitlər ahəngi və samitlər ahəngi nəzərdə tutulur.
Türk dillərində ahəng qanunu çox qədim tarixə malikdir. Bu qanun hələ pratürk dövründə formalaşmışdır və qədim türk abidələrində yazıların oxunmasında şifrə ahəng qanunu olmuşdur. Qeyd etdik ki, türk dillərində ən səciyyəvi cəhət olaraq saitlərin ahəngi türk dillərinin aparıcı fonetik-morfoloji qanunu kimi xarakterizə edilir və türk dillərində sait ahəngindən danışanlara bu mənada haqq vermək olar. Belə ki, qalın və incə saitlər öz məxrəcindəki samitləri də öz təsiri altına almaqla onların qalın və ya incələşməsini tələb edir.
Orxon-Yenisey abidələrində də ahəng qanunu mühüm fonetik hadisə rolunu oynayır. Buna görə yazılı abidələrdə ahəng qanununun dialektlərdə hansı şəkildə təzahür etməsi maraq doğurur. T.Hacıyev Orxon-Yenisey abidələrinin dilində ahəngin Şirvan və Təbriz təzahürünün (ağlı, apam, əçüm) müşahidə olunduğunu bildirir. Bu fakt bir daha türk dialekt bölünməsinin Ön Asiyada baş verdiyini təsdiq edir. Ahəng qanununun türk dillərində sonrakı vəziyyəti onun fərdi səciyyəvi cəhətlər kəsb etməsini göstərir. M.Kaşğari də türk dillərində ahəng qanununun ən xarakterik xüsusiyyətləri kimi saitlərin ahəngi, saitlər lə samitlərin ahəngi, samitlərlə samitlərin ahəngini müəyyənləşdirib. Ahəng qanununun türk dillərində sonrakı taleyi çox müxtəlif olmuş, fərqli, fərdi səciyyəvi xüsusiyyətlər kəsb etmiş, onun yeni modelləri yaranmış (məsələn, qırğızcanın dodaq uyuşması kimi), bəzilərində isə ahəng qanunu (özbək dilində) getdikcə zəifləmişdir. Əslində özbək dilində ahəng qanununun itməsi daha çox dilxarici amillərlə bağlıdır və demək olar ki, bütün özbək dialektlərində ahəng qanunu gözlənilir. Türk dillərində ahəng qanununun möhkəmliyi və əhəmiyyəti barədə B.Çobanzadə yazırdı: "Uyuşma qanunu olmasa, iltisaqi dillərin sözlərini tələffüz etmək çox güc olurdu. Uyuşma qanunu sayəsində heç türkcə bilməyən bir adam türkcə bir sözün harada başlayıb, harada bitdiyini təyin edə bilər" Bütün türk dilləri üçün səciyyəvi olan saitlərin ahəngi (sinharmonizm) özünü iki cəhətdən göstərir: damaq ahəngi və dodaq ahəngi
