TƏSƏVVÜFLƏ BAĞLI YARANAN BƏZİ FRAZEOLOGİZMLƏRİN SEMANTİKASINA DAİR

Авторы

  • Günel Şamilova

Ключевые слова:

frazeologizm, mifologiya, təsəvvüf fəlsəfəsi, türk dilləri

Аннотация

Türk dillərinin ifadə gücünü və gözəlliyini frazeologiya vahidlərində görmək mümkündür. Eyni zamanda, frazeoloji vahidlər türklərin islamdan əvvəlki dinə, tarixə, kult və toplum həyatına dünya və həyata baxışı haqqında ipucu verir. İllər keçsə də ortaqlığını itirməyən deyimlər aralarındakı mədəni bağın nə qədər qədim olduğunu və təməlinin nə qədər möhkəm olduğunu göstərir. Türk dillərində frazeoloji fondun bir qismini türklərin dini inanclarından törəyib günümüzə qədər gələn, özündə İslam mistizmini, təsəvvüf fəlsəfəsini əks etdirən, komponentləri təsəvvüf terminlərindən formalaşan frazeoloji vahidlər təşkil edir. Bu terminlər həm divan ədəbiyyatında, həm də bu gün türk dillərində mövcud olan frazeoloji vahidlərin tərkibində fərqli mənalarda işlənən terminlərdir. Tezisdə İslam təsəvvüfündə sufi terminlərinin mistik semantikası, frazeologizmlərin tərkibində rast gəlinən fərqli mənaları araşdırılmışdır.

Загрузки

Опубликован

2024-02-27

Как цитировать

Şamilova, G. (2024). TƏSƏVVÜFLƏ BAĞLI YARANAN BƏZİ FRAZEOLOGİZMLƏRİN SEMANTİKASINA DAİR. УЗБЕКИСТАН: ЯЗЫК И КУЛЬТУРА, 5(2). извлечено от https://aphil.tsuull.uz/index.php/language-and-culture/article/view/74