X(İKS)-FEMİK XARAKTERLİ ÖZBƏK VƏ AZƏRBAYCAN ATALAR SÖZLƏRİNİN TİPOLOJİ XÜSUSİYYƏTLƏRİ
Ключевые слова:
Azərbaycan folkloru, Özbək folkloru, atalar sözləri və məsəllər, müqayisəli tipologiya, dil-təfəkkür əlaqələri.Аннотация
Müxtəlif dillərdə atalar sözlərinin müqayisəli tipologiyası dil və düşüncə münasibətləri ilə bağlı bir çox fundamental problemlərin öyrənilməsində öz prioritetliyini saxlayır. Şübhəsiz ki, bu, mövzunun aktuallığını göstərir. Bu tədqiqatda Azərbaycan və özbək atalar sözlərinin müqayisəli təhlili öyrənilmişdir. Düzdür, Azərbaycan və özbək dillərinin qaydaları bir-birindən bir qədər fərqli olsa da, uyğun cəhətlər daha çox diqqəti cəlb edir və bu harmoniya hər addımda hiss olunur. Sözsüz ki, dillər arasındakı bu oxşarlıq türkdilli xalqların qohum dillər kateqoriyasına aid olmasından irəli gəlir. Beş yüzdən çox atalar sözü müqayisə üçün tədqiq edilmişdir. Nəticədə azərbaycan və özbək atalar sözlərinin demək olar ki, doxsan doqquz faizinin semantika və leksik quruluş baxımından bir-birinə tam uyğun olduğu və onların hər iki dildə evfemik və ya disfemik olduğu aşkar edilmişdir. Ona görə də belə araşdırmaların sistemli şəkildə tədqiqi iki qardaş xalqın bütün sahələrdə qarşılıqlı əlaqələrinin daha dərindən dərk edilməsinə, hər iki dilin gözəlliyinin qorunub saxlanmasına müsbət təsir göstərəcəyinə ümid edirik.